Gənc əsgərlər xidmət yerlərinə yola salındı - Video
    • 22-12-2020, 19:25
    • 521

Gənc əsgərlər xidmət yerlərinə yola salındı - Video

Əlahiddə Ümumqoşun Orduda oktyabr ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, yolasalma mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  polkovnik Mübariz Rzayev bildirib ki, ixstisas hazırlğı müddətində nəzəri və praktiki məşğələlər keçirilib. Əsgərlər burada qazanılan  bilik və bacarıqları növbəti xidmət yerlərində uğurla tətdbiq edərək əsl döyüşçü kimi formalaşmağa, silah və texnikalardan düzgün istifadə etməyə nail olacaqlar.
Əsgərlər adından çıxış edən İsi  Əliyev Azərbaycan Ordusunda xidmətilə qürur duyduğunu bildirib və bundan sonra da hərbi biliklərini
təkminləşdirəcəklərinə söz verib.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki  şəxsi heyətə çatdırılıb.
Təbrik oxunduqdan sonra bölmələrin hərbi marşların sədaları altında  təntənəli keçidi olub.