Mikayıl Cabbarov: “İqtisadiyyat kiçilsə belə, yüksək dayanıqlılıq göstərib”
    • 24-12-2020, 12:09
    • 647

Mikayıl Cabbarov: “İqtisadiyyat kiçilsə belə, yüksək dayanıqlılıq göstərib”

“2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə belə, yüksək dayanıqlılıq göstərib. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanları geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir”.

News24.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu il sərt karantin tədbirlərinin tətbiqi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib: “Belə ki, əsas kapitala investisiya qoyuluşları azalıb. Özəl sektor üzrə investisiyalar 8 faiz artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb. Bir sıra xərc istiqamətlərində də artımlar baş verib. Yanvar-noyabr aylarında inflyasiya nəzərə alınmaqla, əhalinin gəlirləri düşüb. Bu ilin sonuna kimi qeyri-neft sektorunda ixracın təxminən 5,6% həcmində azalacağı proqnozlaşdırlır. Bunun əsas səbəbi bizim əsas ticarət partnyorumuz olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir”.