“Dərman qıtlığını süni yaradırlar” - Sükut pozuldu
    • 24-12-2020, 16:03
    • 439

“Dərman qıtlığını süni yaradırlar” - Sükut pozuldu

“Bu gün pandemiyaya qarşı mübarizə sahəsində müəyyən çətinliklər var. Xəstələrin ambulator müalicəsi üçün apteklərdə antiviral dərmanların qıtlığı yaşanır”.

News24.az xəbər verir ki, bunu səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə deyib. 

O qeyd edib ki, antiviral dərmanların çatışmazlığı süni olaraq yaradılıb: “Bundan vəsait qazananlar var. Bu məsələylə bağlı ciddi tədbir görülməlidir. Ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar”.