2 yaşlı Mirbabanı xilas edək, ona təcili kömək lazımdır... - FOTO
    • 26-12-2020, 14:35
    • 544

2 yaşlı Mirbabanı xilas edək, ona təcili kömək lazımdır... - FOTO

Serebral iflicdən əziyyət çəkən 2 yaşlı Mirbaba Babayevin xeyirxah insanların dəstəyinə ehtiyacı var. Doğuş zamanı baş beyinin zədələnməsi nəticəsində iflic olan körpə Mirbabaya bu ağır xəstəliklə mübarizə aparmaqda mərhəmətli şəxslərin dəstəyi lazımdır.

Tez-tez qıcolması olan Mirbaba Babayevin müalicəsi üçün valideynləri doğulduğu Lənkəranın Seyidəkəran kəndindən Bakıya üz tutublar. Pandemiya ilə əlaqədar körpənin atası işini itirdiyindən ailə çətin vəziyyətə düşüb. Onlar kirayə və müalicə xərclərini ödəməkdə çətinlik çəkir.

Mirbabanın anası İranə xanım bildirir ki, oğlunun müalicəsi uzunmüddət aparılmalıdır: “Həkimlər deyir ki, müalicəyə ara vermək olmaz, əks halda əvvəlki müalicənin effekti qalmayacaq. Nəinki yeriməyi, danışmağı, ayaq üstə durmağı da bacarmır, yeməyi çeynəməkdə belə çətinlik çəkir. Mütəmadi olaraq həkimin göstərişi ilə idman, masaj və digər terapiyalar olmalıdır. Bahalı müalicə prosedurları, fizioterapiya aparılır. Pandemiya ilə əlaqədar həyat yoldaşımın işi dayanıb, özü ustadır, qohumların köməkliyi ilə indiyədək körpəmi qismən müalicə etmişik. Hazırda Bakıda kirayədə qalırıq, müalicəni davam etdirmək üçün imkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirik”.

Qıcolmanın faiz göstəriciləri yüksək olduğundan mütəxəssislər bu cür xəstəliyin müalicəsini Türkiyədə aparılmasını tövsiyə edirlər. Ailənin bu müalicəyə imkanı çatmadığından hələlik Bakıda müalicə ilə kifayətlənməli olub.

Mərhəmətli insanların köməyi ilə Mirbaba sağala bilər. Biganə qalmayaq, Mirbabanı xilas edək, valideynlərinin göz yaşlarını sevinc göz yaşlarına çevirək. Ən kiçik məbləğ belə onun həyatı üçün həlledicidir. Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq!

Ümid edirik ki, 2 yaşlı körpə tezliklə sağalacaq, ailəsini, onu sevənləri sevindirəcək.

Milli Ön terminalı: Bank Xidmətləri, Kapital Bank, Hesabın artırılması, Hesab nömrəsi: 4169 7385 0081 0290

Əlaqə: +994 77 306 06 81 (Atası Elnur Babayev)