"Yaşamaq istəyirəm - mənə kömək edin
    • 15-07-2019, 14:37
    • 1 468

"Yaşamaq istəyirəm - mənə kömək edin" -VİDEO

2 ildir xərçəngdən əziyyət çəkirəm. Canımda ayaq açıb yeriyən bu zəhrimarı qoparmaq üçün hər əziyyətə dözmüşəm.  Balalarım zəhmətlə qazandıqlarının hamısını mənin müalicəmə xərcləyirlər. Amma yenə də yetmir, bəs olmur. Kimyaterapiyalara, müayinələrə, dava-dərmana pul çatdıra bilmirlər. Gözlərinin qabağında əriyirəm. Övladlarımın məni ayağa qaldırmaq üçün necə can atdılarını görəndə əzab çəkirəm. Bilmirəm onlara yanım, yoxsa xəstə halıma… Özümdən daha çox onlar üçün yaşamaq, sağalmaq istəyirəm…”

 Bu sözləri News24.az-ın oxucusu, 3 övlad anası Mehriban Ağayeva deyir. Bu yazıdan sonra ona xeyirxah, mərhəmətli insanların yardım edəcəyinə ümid edən Mehriban Ağayeva sağalmaq şansının olduğunu bildirir: “Dəhşətli sancılarım, ağrılarım olurdu. Ayağa qalxa, addım ata bilmirdim.

Qanaxmalar yaranmışdı. Vəziyyətim ağırlaşdı deyə məni təcili xəstəxanaya çatdırdılar. Onkoloji müayinələrdən sonra məlum oldu ki, bədxassəli şişdir. Ard-arda 6 kimiya terapiya aldım, sonra da 2 dəfə də dərman terapiyası elədilər. Dedilər, daha 4 kimiya terapiya da almalısan. Onu da elədim. Amma bəs olmur ki, olmur. Bu elə bir dərddir ki, gərək müalicəni dayandırmayasan. Əgər müalicədən vaz keçsən, demək, ölümə təslim olmusan”.

Həmsöhbətimiz deyir ki, indiyədək müalicəsinə 30 min manat xərclənib. Dı gəl, həkimlər müalicəni bundan sonar da davam etdirməli olduğunu bildirirlər: “hər 21 gündən bir terapiya almalıyam. Müalicə gecikəndə nəfəsim dayanır, danışmağa belə heyim olmur. Yerimdə fırlanmağıma belə kiminsə köməyi lazımdır”. Qeyd edək ki, Mehriban Ağayeva hazırda Mərkəzi Klinik Xəstəxanada müalicəsini davam etdirir: “ Üzümü  xeyirxah, yardımsevər insanlara tuturam. Köməyinizə ehtiyacım var. Bu xəstəliklə mübarizə aparmağa daha gücüm çatmır. Mənə kömək edin,