Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib
    • 26-12-2020, 15:22
    • 535

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

News24.az NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.