Jurnalisti mahnı sədaları altında doğrayan kişinin fotosu- İngiltərədə təhsil alıb
    • 18-10-2018, 11:00
    • 1 739

Jurnalisti mahnı sədaları altında doğrayan kişinin fotosu- İngiltərədə təhsil alıb

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra bir daha xəbər alınmayan jurnalist Camal Haşoqqinin ölümü ilə bağlı araşdırmalar davam etdirilir.

Onu işgəncə ilə öldürənlərdən birinin adı açıqlanıb. New York Times-ın məlumatına görə, "The Washington Post" qəzetinin köşə yazarı Camal Haşoqqini öldürən şəxsin adı Salah əl-Tubaqidir. O, qışqırıqları eşitməmək üçün yüksək səsli musiqi sədaları altında dəmir kəsən mişarla Haşoqqinin bədənini parçalayıb.Salah əl-Tubaqi Britaniya universitetinin məzunudur. O, 2004-cü ildə Qlazqo universitetini bitirib. Autopsiya üzrə ekspert kimi fəaliyyət göstərib. Salah Haşoqqinin ölümündə şübhəli bilinən 15 nəfərdən biridir. Onun oktyabr ayının 2-də Atatürk hava limanında görüntülənməsi iddiaları daha da gücləndirir.Qeyd edək ki, Camalın diri-diri, işgəncə ilə öldürüldüyü anın səsyazısı onun şəxsi "Apple" qol saatına düşüb. Haşoqqi 7 dəqiqə ərzində işgəncə ilə öldürülüb.
//Milli.az