ABŞ-da peyvənd vurduran İLK AZƏRBAYCANLI DANIŞDI - FOTO
    • 28-12-2020, 11:31
    • 670

ABŞ-da peyvənd vurduran İLK AZƏRBAYCANLI DANIŞDI - FOTO

Dünən ABŞ-ın bəzi xəstəxanalarında tibb işçilərinə koronavirus əleyhinə ilk “Pfizer Biontech” peyvəndi vurulub.

ABŞ xəstəxanasında çalışan həmyerlimiz Ülviyyə Qasımova təəssüratlarını News24.az-a bölüşüb.


Onun sözlərinə görə, vaksin ilk olaraq xəstələrlə sıx əlaqədə olan həkimlərə, daha sonra isə xəstəxananın digər işçi heyətinə vurulub. 

Həmyerlimiz bildirib ki, vaksin iki dozada olur: “İkinci doza ilk peyvənddən 21 gün sonra vurulur. Hamilə, körpə anaları və vaksinə qarşı şiddətli alergiyası olanlara yan təsirləri olduğundan onlar peyvənddən faydalana bilməyəcəklər. Vaksindən sonra zəruri heç bir qadağa yoxdur. Vaksin tibb işçilərinə pulsuz vurulur, digər şəxslər barədə hələ ki məlumat yoxdur. Allergik reaksiya ehtimalı olduğundan peyvənddən sonra 15-20 dəqiqə gözləmək lazımdır. Qolda müəyyən qədər ağrı olur. Ancaq dərman atdıqdan sonra keçir”.


Məhərrəm Əliyev