-
- 29-12-2020, 10:54
- 530
Bu il Bakıda 1 691 müəllim işə qəbul edilib
Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub.
Təhsil İdarədən News24.az-a verilən məlumata görə, müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.
Bunlardan 1 209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.