Çinlilər orbitə süni ay göndərəcək
    • 18-10-2018, 12:55
    • 1 396

Çinlilər orbitə süni ay göndərəcək

Hər keçən gün fərqli bir layihəyə imza atan Çin, bu dəfə  daha bir qeyri-adi layihə təqdim etməyə hazırlaşır.

News24.az xəbər verir ki, çinlilər şəhərləri ay işığı ilə işıqlandırmaq üçün süni ay hazırlayır.

Çin ,fransalı bir sənətçinin fkri olan süni ay layihəsini  hazırlayıb orbitə  göndərməyi və ayna şəklindəki peyklər vasitəsi ilə dünyanın bir hissəsini işıqlandırmağı planlaşdırır.

Sözügedən süni ayın, günəşdən aldığı işıqları yerə göndərərək işıqlandıracağı bildirilir.

2020-ci ildə gerçəkləşdirilməsi gözlənilən layihə Çinin cənubunda yerləşəm Chengdu şəhərinin işıqlandırılması  üçün nəzərdə tutulub.

Şəlalə Ağayeva