İtinə süni nəfəs verən həkim ölümdən döndü
    • 25-10-2018, 11:55
    • 1 006

İtinə süni nəfəs verən həkim ölümdən döndü

Türkiyənin Aydın şəhərində həkim Aydın Efenin “Sibirya qurdu” cinsi iti  küçədə olan sümükləri yeyərək zəhərlənib.

News24.az xəbər verir ki, 10 aylıq itinin yerdə  çabaladığını görən sahibi, ona süni nəfəs verib.

Çox keçmədi ki, özündə də narahatçılıq hiss edən Aydın Efe özünü xəstəxanaya çatdırıb.

Məlum olub ki, itin ağız suyundan zəhər sahibinə yoluxub. Aydın Efe açıqlmasında “İtimi xilas etmək istəyərkən, zəhər mənə də yoluxdu. Küçədə olan sümüyü yedikdən 20 dəqiqə sonra yerdə çabalamağa başladı. Nə edəcəyimi bilməyib, süni nəfəs verdim. Əgər xəstəxanaya bir az da gec gəlsəydim, həyati təhlükələr yarana bilərdi. Çox təəssüf ki, dostumu itirdim” deyib.

Şəlalə Ağayeva