Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ
    • 31-12-2020, 13:08
    • 360

Ağcabədidə avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

Ağcabədi rayonunda yol qəzası baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 30-da saat 19 radələrində rayonun Hindarx qəsəbəsi ərazisində İmamqulubəyli kənd sakini B.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini X.Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.