Bakıda mənzildən 4 min manatlıq oğurluq edən şəxs tutuldu
    • 31-12-2020, 13:12
    • 320

Bakıda mənzildən 4 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, nəqliyyat vasitəsi qaçırdığına görə tutulan N.Sadıqovun ətrafında Bakı Şəhəri Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun cari ilin iyunun 13-də bir mənzildən 500 manat, 700 ABŞ dolları və 2 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.