Şəhidlərimiz Xarı bülbülə CAN VERDİLƏR - VİDEO
    • 1-01-2021, 12:45
    • 769

Şəhidlərimiz Xarı bülbülə CAN VERDİLƏR - VİDEO

Şəhidlərimiz əfsanəvi Xarı bülbülü Zəfər rəmzinə çevirdilər, qanları ilə ona can verdilər!
 
News24.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül Şuşa şəhərinin girişində torpağa sancıldı. Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhramanlıqla həlak olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları Xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, Əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev və Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov iştirak ediblər. Tədbir iştirakçıları Gövhər Ağa Məsçidini ziyarət edərək torpağlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub əziz xatirələrini yad ediblər. Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əskərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb. 

Azərbaycan Dövlət Televiziyası (AzTV) və "Fire Land" Prodakşnın birgə layihəsi olan bu ədəbi-bədii gecə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.

Sevda Bayramova