Kaşıkçının qətlində adı keçən 15 nəfərdən biri öldü – Müəmmalı qəza
    • 18-10-2018, 13:42
    • 713

Kaşıkçının qətlində adı keçən 15 nəfərdən biri öldü – Müəmmalı qəza

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Kaşıkçını qətlə yetirən 15 nəfərlik komandada yer alan Meşal Saad Əl Bostani Ər-Riyadda yol qəzasında ölüb.

 Bostaninin “susdurulmaq” üçün qətlə yetirildiyi istisna edilmir.

Teğmen rütbəsi ilə krallığın Hava Qüvvələrində pilotluq edən Meşalın öldüyü müəmmalı qəzanın yeri və zamanı ilə bağlı məlumat yoxdur.
Eyni zamanda, Bostaninin Kaşıkçı cinayətində hansı rolu oynadığı hələ dəqiqləşməyib. 15 nəfərlik sui-qəsd komandasının digər üzvlərinin də aradan götürülüb-götürülməyəcəyi isə sual olaraq qalır.