-
- 22-10-2018, 11:36
- 789
Kaşıkçının qətlinin səbəbi məlum oldu
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən “Washington Post” nəşrinin jurnalisti Camal Kaşıkçı təşviş içində boğulub.
Bu barədə Səudiyyə Ərəbistanı hökumətindəki mənbə məlumat verib.
Mənbə iddia edir ki, Ər-Riyad 59 yaşlı jurnalisti ölkəyə qaytarmaq üçün 15 nəfərlik nümayəndə heyətini İstanbula göndərib.
Görüş zamanı onlar Kaşıkçını hədələməyə başlayıblar, jurnalisti oğurlayacaqlarına söz veriblər.
Kaşıkçı müqavimət göstərməyə və köməyə çağırmağa başlayıb. Bu səbəbdən təşvişə düşən nümayəndə heyətinin üzvləri onun ağzını bağlamağa çalışıblar, lakin güclərini hesablamayıblar, və Kaşıkçı ölüb.
Mənbə bildirir ki, qətldən sonra əməliyyat üzvlərindən biri jurnalistin paltarını geyinib konsulluqdan çıxıb. Bu, Kaşıkçının guya diplomatik nümayəndəliyi sərbəst şəkildə tərk etdiyini müşahidə kamerasına düşməsi üçün edilib. Əslində isə Kaşıkçının cəsədini xalçaya bükərək İstanbuldan 90 kilometr kənarda meşəliyə çıxarıblar.
Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, Kaşıkçı dissidentlərin vətənə qaytarılması təşəbbüsü çərçivəsində Səudiyyə Ərəbistanına aparılmalı idi.
//oxu.az