Göyçay polisi rüşvət aldı, şikayətə baxmadı- İDDİA
    • 18-10-2018, 14:00
    • 2 062

Göyçay polisi rüşvət aldı, şikayətə baxmadı- İDDİA

Bu gün redaksiyamıza Göyçay rayon sakini  Zəkəryəyev Vüqar Soltan oğlu tərəfindən şikayət daxil oub.

Onun sözlərinə görə, 14 oktaybr tarixində ona məxsus olan avtomobilin üzərindən həmkəndlisi  Nəbiyev Tural vaqif oğlu, Mersedes Arteqo markalı avtomobil ilə maşını qəsdən vuraraq üstündən keçib.

 O, baş verən hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində bu işin araşdırılmadığını, dəfələrlə Daxili işlər Nazirliyinə,Respublika Prokurorluğuna məktub vasitəsi ilə ,102 xidməti ilə müraciət etməsinə baxmayaraq hüquqlarının müdafiə olunmadığını bildirib.

 Şikayətin Məzmununu təqdim edirik: “Zəkəryəyev Vüqar Soltan oğlu.14.07.2018 tarixində mənə məxsus olan vaz 2106 markalı 23-VA-977 dövlət qeydiyyat nişanlı avtomobilimi qaynım Həşimov Elnur Oktay oğlunun mağazasının qarşısında saxlamışdım. Mən qaynım Həşimov Elnurun evində olan zaman çöldən bərk səs eşitdim, mən bu səsə küçəyə çıxdım və gördüm ki, mənim maşınımın üzərindən həmkəndlim Nəbiyev Turabi Vaqif oğlu Mercedes ateqo markalı 90-OD-126 qeydiyyat nişanlı yük avtomobili ilə sərxoş halda mənim maşınımı qəsdən vuraraq üsdündən keçmiş və hadisə yerindən qaçmışdır.

Hadisədən dərhal sonra mən 102 xidmətinə məlumat verdim. Hadisə yerinə Göyçay RPŞ Tədqiqat bölməsinin müstəntiqləri gəldi ,hadisəni araşdırdılar və törədilən hadisənin sərxoş halda qəsdən törədildiyini müəyyən edərək, CM 221.3 maddəsini təyin etdilər. Toplanmış materiallar və şahidlərin ifadələri ilə hadisənin qəsdən törədildiyi təyin olundu. Lakin iş materialı istintaq bölməsinin araşdırılmasına verildi. İB-nın müstəntiqi Polis Mayoru Vəli Zeynalov Nəbiyev Turabi Vaqif oğlundan rüşvət alaraq işi onun xeyrina bağlamaq üçün hadisənin qəsdən yox ehtiyatsızlıqdan baş verdiyinə qərar vermişdir.

Mən müstəntiq Vəli Zeynalovun verdiyi qərardan narazılıq edərək Göyçay rayon Prokrorluğuna şikayətimi bildirdim. 07.09.2018 Göyçay rayon prokuroru baş ədliyə müşaviri Cənab Muxtar Eminov müstəntiqin verdiyi qərarı ləğv edərək yenidən baxılması üçün Göyçay rayon Polis şöbəsinə göndərdi.

Lakin bu günə qədər Göyçay rayon Polis Şöbəsində bu işin araşdırılması təmin olunmamışdır.02.10.2018 tarixində Göyçay rayonunun Polis şöbəsinin rəisi Cənab Sənan Əsədov məni yanına çağırdı məni təhdit edərək şikayətimi geri götürməyimi və mülkü qaydada məhkəməyə şikayət etməyimi bildirdi. Mən dəfələrlə Daxili işlər Nazirliyinə, Respublika Prokurorluğuna məktub vasitəsi ilə , 102 xidməti ilə müraciət etməyimə baxmayaraq mənim hüquqlarım bu günə qədər müdafiə olunmamışdır.Mən xahiş edirəm ki, mənim hüquqlarım bərpa olunsun, mənə vurulmuş ziyan qarşılansın".