Göyçayda yol qəzası baş verib, xəsarət alan var
    • 25-02-2019, 22:43
    • 1 257

Göyçayda yol qəzası baş verib, xəsarət alan var

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203 km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" və "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində İsmayıllı rayon Soltankənd kənd sakini Əhmədov Əhməd Abdulla oğlu xəsarət alıb

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.