“Azərbaycan Dəmir Yolları” 2 şirkətinin nizamnamə kapitalını artırıb
    • 2-01-2021, 10:57
    • 623

“Azərbaycan Dəmir Yolları” 2 şirkətinin nizamnamə kapitalını artırıb

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus 2 şirkətin – “ADY Əmlak” və “ADY Konteyner” MMC-lərin nizamnamə kapitalı artırılıb.

News24.az xəbər verir ki, kapital artımları aşağıdakı kimidir:

MMC-nin adıŞirkətin nizamnamə kapitalı (manat)
Əvvəlİndi
1ADY Əmlak200,0069 479,95
2ADY Konteyner50 000,005 000 829,57

ADY-nin digər törəmə şirkətləri – “ADY Ekspress” və “ADY Servis” MMC-lərin isə nizamnamə kapitalı dəyişməyib.