Bakıda şadlıq sarayından 10 min manatlıq OĞURLUQ
    • 4-01-2021, 15:05
    • 340

Bakıda şadlıq sarayından 10 min manatlıq OĞURLUQ

Bakıda şadlıq sarayından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A. Abbasov saxlanılıblar.

Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.