Ermənilər Şurnuxda da evləri yandırırlar - VİDEO
    • 5-01-2021, 12:20
    • 258

Ermənilər Şurnuxda da evləri yandırırlar - VİDEO

Ermənistanın Sünik bölgəsindəki Şurnuxu kəndinin sakinləri, Azərbaycana qaytarılan hissədə yerləşən tərk etdikləri evləri yandırırlar.

News24.az xəbər verir ki, bu barədə Ermənistan məbuatı məlumat yayıb.

Yayımlanan videoda “Nikol, budur şurnuxululardan sənə yeni il hədiyyəsi. Növbə ilə yandıracağıq və ən böyük odda səni yandıracağıq. Sən qoşunları, insanları məhv etdin, səni söyməyi, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən”.

Qeyd edək ki, bu hallar Kəlbəcər, Ağdam və Laçında da yaşanıb.