-
- 5-01-2021, 14:37
- 557
Erməni əsirliyindən xilas edilənlər danışır - “Kəlbətinlə, iynələrlə işgəncələr edilib”
“8 noyabrda Xankəndi- Şuşa yolu istiqamətində ağır yaralanmışam. 5 gün ərzində meşədə qalmışam. 35 günlük əsir həyatım olub”.
News24.az xəbər verir ki, bunu əsirlikdən qurtarılmış hərbi qulluqçumuz Əhmədzadə Mobil İlqar oğlu keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 31 gün həbsxanada qalıb: “Allah bu həyatı heç kimə yaşatmasın. Əsirlik zamanı işgəncələr görmüşəm. Kəlbətinlə, iynələrlə işgəncələr edilib. Türmədə də görmədiyim günləri yaşamışam. Dekabrın 11- də televizorda gördük ki, bizim parada baxırlar. Zəfər paradı olduğundan xəbərim yox idi. Azərbaycana gəldiyimizi bilmirdik. Hava limanına düşəndən sonra bildik ki, bura ölkəmizdir”.
Əsirlikdən qurtarılmış digər şəxs Kərimov Bayram Yaşar oğlu da bildirib ki, noyabrın 8-də yaralanıb: “3 gündən sonra əsir düşdüm. Gözümü açanda gördüm ki, Ermənistandayam. Toka verirdilər, iynə vururdular. Qələbə qazandığımızı da bilmirdik. Nə soruşurdum, demirdilər. Hava limanına çatanda sevincimizdən uçurduq”.
Digər hərbçi Nurlan Əlizadə də qeyd edib ki, 27 sentyabrdan xidmətdə olub: “Füzuli istiqamətində döyüşlərə qatıldım. Döyüşləri uğurla əldə etdik. Təəssüflər olsun ki, son gündə düşmən əlinə keçdik. Təxribat kimi bizi tutub apardılar. Elə işgəncələr verirdilər ki, danışılası deyil. Psixoloji təsir edirdilər. Deyirdilər ki, Gəncəni belə vurduq-dağıtdıq. Dil bilmirdik. İçimizdə inam hissi var idi ki, Prezident bizi orada qoymayacaq”.
Ömər Ələkbərov adlı hərbçi Füzuli istiqamətində döyüşlərə başladığını bildirib: "Mən 3 yerimdən yaralandım. Yeriyə bilmirdim, ancaq sürünürdüm. Ermənilər məni tapdılar. Əllərinə keçəndə işgəncə edirdilər. Deyirdilər biz nə deyirik, onu təkrarlayacaqsan. Çox işgəncə verirdilər ki, niyə bizdən qorxmursunuz. Mən onlara başa salırdım ki, Azərbaycan əsgəri qorxaq deyil. Məni iki qandalla saxlayırdılar. Deyirdilər ki, Azərbaycan əsgərinin iki qolu bizim üçün təhlükədir. Əl işarələriylə bir-birimizlə danışırdıq". /Qafqazinfo/