Koronavirusun mutasiyaya uğrayan növü İRANDA DA AŞKARLANDI
    • 5-01-2021, 15:19
    • 547

Koronavirusun mutasiyaya uğrayan növü İRANDA DA AŞKARLANDI

İranda koronavirusun "Britaniya" ştamına ilk yoluxma qeydə alınıb. 

News24.az xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Səid Namaki məlumat verib. Nazir bildirib ki, sözügedən İran vətəndaşı Britaniyada ölkəyə gəlib. 

Hazırda həmin şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Onun ailə üzvlərində isə mutasiyaya uğrayan virus aşkar edilməyib.