Bu ölkədə koronavirus mutasiyaya uğradı - 10 QAT DAHA YOLUXUCUDUR
    • 31-08-2020, 09:59
    • 599

Bu ölkədə koronavirus mutasiyaya uğradı - 10 QAT DAHA YOLUXUCUDUR

İndoneziyada koronavirusun ən çox yayılmış D614G ştammının mutasiyaya uğradığı açıqlanıb.

News24.az "Daily Mail"-ə istinadən xəbər verir ki, mutasiya artan yoluxmalar fonunda baş verir.

Malayziyanın Səhiyyə Nazirliyinin rəhbəri Nur Hişam Abdulla aşkarlanan ştamın əvvəllər müəyyənləşdirilənlərdən 10 qat daha yoluxucu olduğu bildirib. 

İndoneziya Universitetinin epidemioloqları ölkədə vəziyyətin nəzarətdən çıxdığını və ilin sonuna qədər xəstələrin sayının 500 minə yüksələ biləcəyini vurğulayıblar.

Teymur Məmmədov