Kerç teraktının şahidi: “Dərsdə yatmışdım, bu da məni xilas etdi”
    • 18-10-2018, 16:06
    • 913

Kerç teraktının şahidi: “Dərsdə yatmışdım, bu da məni xilas etdi”

Krımda terror aktı baş verən kollecin tələbələrindən biri jurnalistlərə maraqlı açıqlama verib.

“Düzü, gecə yatmamışdım deyə, dərsdə yuxu aparmışdı, elə bu da məni xilas etdi. Möhkəm səs-küydən ayıldım. Kabinetdən dəhlizə baxanda gördüm ki, əlində silah olan bir nəfər hamını güllələyir.

Qapını bağladım ki, bəlkə məni görməz. 10 dəqiqə sonra xüsusi təyinatlılar gəldi və mən kabinetdən çıxdım. Atəş açanın başına gələnlərdən xəbərim yoxdur. Partlayış baş verən dəhlizdə şüşələr sınmışdı, döşəmədə çoxlu meyit vardı. Bütün divarlar qaralmışdı".