-
- 7-01-2021, 10:46
- 437
Şabranda bacısını suya ataraq qətlə yetirən şəxsin məhkəməsi başlayır
Şabranda bacısını qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə News24.az-a Şabran Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 31 avqust 2020-ci il tarixdə saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.