-
- 7-01-2021, 17:11
- 450
Yasamalda ev yandı, 1 nəfərin meyiti tapıldı
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə ev əşyaları 10 m² sahədə və pəncərə çərçivəsi qismən yanıb.
News24.az xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.