Xırdalanda yanğın - Ölən var
    • 7-03-2019, 10:25
    • 1 769

Xırdalanda yanğın - Ölən var

Bu gün səhər saatlarında Xırdalan şəhərində baş vermiş yanğın zamanı bir nəfər ölüb.

Bu barədə News24.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib: “Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”. Nazirlikdən qeyd edilib ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sevinc YASİNQIZI