-
- 7-01-2021, 17:55
- 746
"Yenə də Vətən üçün hər şeyə hazıram" - AMİN MUSAYEV - VİDEO
"İstənilən azərbaycanlı mənim yerimdə olsaydı erməniyə eyni cavabı verərdi. Bugünkü günümə min şükür. Sağ-salamat vətənimdəyəm. Səhhətimlə bağlı heç bir problemim yoxdur. Eşitdiyimə görə, bu günlərdə sağlamlığımla bağlı bir sıra yalnış məlumatlar yayılıb, amma elə bir şey yoxdur. Ayağım yavaş-yavaş sağalır, hər cür də şəraitim var. Burdan Cənab Ali Baş Komandanımıza öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır! Əsas odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Onların analarının qabağında baş əyirəm, qazilərimizə isə can sağlığı arzu edirəm. İnşallah tezliklə hər biri sağ-salamat ayağa qalxar".
Bu sözləri News24.az-a açıqlamasında erməni əsirliyində olmuş hərbi qulluqçu Amin Musayev deyib. O bildirib ki, 33 günlük əsir həyatı dövründə ən çox anası üçün darıxıb: "Ən çox vətənimdən ötrü darıxırdım. Hər dəqiqə Azərbaycan haqda düşünürdüm. Geri dönəcəyim günü böyük səbirsizliklə gözləyirdim, heç vaxt ümidimi kəsməmişdim. Bilirdim ki, torpaqlarımız geri qayıdacaq və biz qələbə çalacağıq. Bir də ən çox döyüş yoldaşlarım və anam haqda fikirləşirdim. Anam üçün çox darıxırdım. Bilirdim ki, məndən nigarandır".
Hərbi əsirimizin sözlərinə görə, o, qələbə xəbərindən xəbərsiz olub: "Qarabağın tam azad olunma xəbərini mən bura gələndən sonra bildim. Onun sevinci tamamilə başqa cür oldu. Çünki 44 günlük İkinci Vətən müharibəsi dövründə hər kəs bir dəmir yumruğun ətrafında birləşdi. Çox şükür ki, erməninin başını əzib, torpaqlarımızı işğaldan azad etdik. Nə gözəl ki, bu gün qələbə qazanmış xalqımın, evimin içindəyəm. Ağrısamda əsas odur ki, vətənimdəyəm. Bundan sonra da vətənim üçün hər şey edərəm. İnşaallah tam sağalandan sonra anamla birgə Şuşaya getmək istəyirəm".
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov