Bakıda silahlı şəxslər tutulub
    • 8-01-2021, 12:34
    • 434

Bakıda silahlı şəxslər tutulub

Bakıda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Ələsgərlidən “Makarov” markalı tapança, E.Mürşüdovdan “Naqan” tipli tapança, R.İsmayılovdan isə “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 7 ədəd patron və 1 ədəd səsboğucu aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar cinayət işləri başlanıb.