-
- 8-01-2021, 15:07
- 1 045
"Üzümə rezinlə vurub, yaramı keyitmədən tikdilər..." - Erməni əsirliyində 34 günlük CƏHƏNNƏM ƏZABI - VİDEO
Qəhrəmanımız II Vətən müharibəsi iştirakçısı, hərbi qulluqçu Anar Əliyevdir. 28 yaşlı igidimiz müharibənin son günlərində erməni əsirliyinə düşüb. 34 gün düşmənin əlində qalan qəhrəmanımız bir sıra işgəncələr gördüyünü bildirib.
34 gün düşmənin əsirliyində qalan və saysız-hesabsız işgəncələr görən qəhrəmanımız dəhşətli 34 gün müddətində yaşadığı bütün acı hadisələri News24.az-la bölüşür:
- Özünüzü hazırda necə hiss edirsiniz?
- Yaxşıyam. Yaram da yavaş-yavaş sağalır. Düzdür, soyuq havalarda ağrılar olur, amma bundan eybi yoxdur. Əsas odur ki, hazırda sağlamam və ailəmin yanındayam, vətənimdəyəm.
- Bildiyimiz qədəri ilə siz könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət etmisiniz. Bizə bir az döyüş yolunuzdan danışardınız.
- Sentyabrın 30-da könüllü olaraq Hərbi Komissarlığa gedib ərizə yazdim. Bir müddət təlimlər keçdik, daha sonra isə bir başa döyüşə yollandıq. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Noyabrın 3-ü Xocavənd uğrunda gedən gərgin döyüşlər zamanı erməni snayperi ayağımdan vurdu, amma güllə sıyırıb keçdi. Böyük Kapitan dərhal hospitala getməyi əmr etdi, amma mən getmədim. Noyabrın 7-si bizə bir yüksəkliyi azad etməyi tapşırdılar. Həmin gecə də dəhşət yağış yağırdı. Daxil olduq döyüşə. Orda 5 əsgərimiz yaralandı. Döyüş yoldaşlarımı ordan çıxarıb, sanitariyaya təhvil verdim. Sanitar həkimimiz məni görəndə çox təəccübləndi. Çünki, elə bilirdi ki, mən hospitaldayam. Orada da yalandan dedim ki, narahat olmayın gedəcəyəm, amma yenə də getmədim. Elə oldu ki, həmin günü postdan keçirdik. Yorğunluq, yuxusuzluq, amma yenə də ərazi bütövlüyümüzün bərpası üçün var-gücümüzlə çalışırdıq. Noyabrın 8-i növbəti döyüş tapşırığını alıb Xocavəndə girməliydik. Günorta saatlarından silah sursatlarımızı hazırladıq və başladıq döyüşməyə. Təqribi 4 kilometri piyada dəf etdik, çünki ora texnika girə bilməzdi. Gecə hücüm elədik və ermənilərin postunu götürdük. Həmin gecə təqribi saat 2 radələrində düşmən əks-hücüma başladı və biz mühasirəyə düşdük. Yaralılarımız, şəhidlərimiz oldu. Düşmən tankla hücum elədi və məni vurdu. Vurandan sonra artıq özümdən getmişdim. Toz-torpağın altından başım gicəlləndi, nəyisə görüb hiss etmirdim. Bir onu xatırlayıram ki, kimsə məni səngərdən kənara atdı. Huşum yerinə gələndən sonra hiss elədim ki, sol tərəfimdən zədə almışam, amma o güllə idi, yoxsa qəlpə yarası onu bilmədim. Sonra özümdə güc tapıb onların əlindən bir kilometr önə getdim. Amma çox təəssüf ki, ondan sonra huşumu itirdim. Saat 10:00-dam 16:00-a kimi huşsuz vəziyyətdə qaldım, sonra da əsir götürüldüm. Ölmək, onların əlinə düşməmək üçün əl qumbarasını atdım, amma təəssüf ki, partlamadı. Əsir aparılanda belə tam özümdə deyildim. Yalnız onu xatırlayıram ki, əl-qolumu, gözlərimi bağlayıb, məni şəhid qardaşlarımın üstündən sürüyə-sürüyə aparırdılar. Sanitariyaya belə qoymadılar. "Niva" markalı avtomobilin "baqaj" yük hissəsinə qoydular. Deyilənlərə görə, məni ilk olaraq xəstəxanaya apardılar. Gözlərimi açıb gördüm ki, onların əlindəyəm. Sonra da başladılar üzümə rezinlə vurmağa ki, harada olduğumu bilməyim. Orada həkimlər mənə işgəncə edirdilər. İynə vurmadan yaramı tikdilər, gözlərimi bağlayıb, əllərimi qandalladılar və Yerevana gətirdilər. Orada da eyni cəhənnəmi yaşadım. Üzümə, yarama rezinlə, təpiklə vururdular, yandıranla qollarımı yandırırdılar. Təqribi noyabrın 20-nə qədər orada qaldım, sonra da başqa yerə aparıldım.
- Özünüzə gələndə və artıq mənfur düşmənin əlində olduğunuzu biləndə nə hiss etdiniz?
- Əsir olduğumu biləndə fikirləşdim ki, ya məni öldürəcəklər, ya da işgəncə verəcəklər. Düzdür, hər zaman ürəyimdə vətənimə qayıdacağımla bağlı bir ümidim var idi. Amma onların psixoloji işgəncəsi dözülməz idi. Hətta bizi gizlədirdilər. Deyirdilər ki, əlimizdə elə adlı əsgərlər yoxdur. Dekabrın 2-si məni həbsxanaya gətirdilər. Orda da zülmlər davam edirdi. Ürəkləri istəyəndə yat əmri verirdilər, istəməyəndə heç yatmağa belə qoymurdular. Gündə bir dəfə yemək verirdilər, onu da dörd nəfərlik. Yaralı olmağıma baxmayaraq, uzanmağa belə icazə vermirdilər. Otura da bilmirdim, çünki yaram ağrıyırdı.
- Amin Musayev da sizinlə idi?
- Bəli. Aminlə eyni hospitalın palatasında qalırdıq. Ona məndən çox işgəncə verirdilər. Yaralı ayağına keyidici dərman vurmadan qayçını soxurdular. Hətta Aminin səsini eşitməmək üçün yorğanı başıma çəkib, qulaqlarımı bağlayırdım. Çünki, dözülməz və çox ağır mənzərə idi. Ağlamamaq üçün özümü güclə saxlayırdım, ammə nə etmək olardı, artıq onların əlindəydik.
- Dörd divar arasında olarkən ən çox nə haqda düşünürdünüz? Kimin üçün darıxırdınız?
- Ən çox ailəm üçün darıxırdım. Düşünürdüm ki, görəsən, onları yenə görə biləcəyəmmi? Ayın 14-ü tez qaçaraq gəlib əllərimi qandallayıb, gözlərimi bağlayıb məni harasa apardılar. Heç bir söz belə demədilər. Fikirləşdim ki, yəqin yerimi dəyişirlər, ya da öldürməyə aparırlar. Daha sonra Hava limanında təyyarəyə mindirildik. İnanın ki, yenə də hara getdiyimizi bilmirdim. Onların da içində bir həkim var idi. Dedi ki, artıq gedirsiniz, amma yenə də inanmadım. Sən demə həqiqətən də vətənimizə qaytarılırdıq. Bakıya çatdıq, nümayəndələrimiz bizə “Vətənə xoş gəlmişsiniz” deyib adlarımızı çəkdilər. İnanın ki, o an sevincimin həddi-hüdudu olmadı. Daha sonra hərbi hospitala gətirildik. O gecəni sevincimdən yata bilmədim. Hələ də inana bilmirəm. Sanki yuxudayam.
- 34 günlük əsir həyatı sizə nəyi öyrətdi?
- Bir bunu deyə bilərəm ki, düşmənin əlində olmaq lazım deyil. Özü də belə şərəfsiz düşmənin. Onların həkimləri bizə işgəncə verirdi. Niyə, nə haqla? Həkimə güllə atmıram, onunla düşmənçilik aparmıram, amma o mənə cəhənnəm həyatı yaşadır. Gəlin, sizə gülməli bir hadisə danışım. Deməli, biz əsirlikdə olanda Qırmızı Xaç Komitəsi bizə saç şampunu göndərdi ki, yuyaq. Halbuki, orada çimmək söhbəti ola da bilməzdi. Gətirdim şampunu qoydum kənara. Ermənilər də dərhal onu oğurladılar. Çox aciz olduqlarını bir daha gördüm. Belə düşmənlərin əlində əsir qalmaq bizi çox yandırırdı. Amma əsas odur ki, onlar artıq məğlubdular.
- Azərbaycanın qələbə xəbərini harada öyrəndiniz? Tarixi qələbəmizi eşidəndə hansı hisslər keçirdiniz?
- İnanın ki, qələbə xəbərini mən öz Vətənimdə aldım. Çox təəssüf ki, şad xəbəri xalqımızla birgə qeyd edə bilmədik. Çünki, orada soruşanda ki, müharibə bitdi, ya yox? Bizə cavab verilmirdi. Hətta Qırmızı Xaç Komitəsi bizə müharibənin dayandığını dedi, amma qələbə xəbərini vermədi. Düzünü deyim? Məncə, bizim əsir həyatımızda Qırmızı Xaç Komitəsinin heç bir rolu yoxdur. Əgər, onlara hər hansısa bir söz desəydim, nəinki mən, orda olan bütün əsirlər işgəncə görərdi. Onsuz da Qırmızı Xaç Komitəsi gedən kimi ermənilərin zülmləri başlayırdı. Bilirsiniz, biz döyüşdə iki şey haqda düşünürdük: Ya qalib, ya da şəhid olacağıq. Orada əsir olmaq nadir hadisədir. O da bizim payımıza düşdü. Döyüşdür, burda hər şey ola bilər. Yenə də əsas odur ki, sağ-salamat vətənimizə qaytarıldıq, özü də çox qısa zamanda. Buna görə də ilk olaraq ən böyük təşəkkürüm ölkə başçımız cənab İlham Əliyevədir. Cənab İlham Əliyevin dəmir yumruq əməliyyatı onlara böyük dərs oldu. Düzdür, hələ tam özlərinə gəlməyiblər, amma bir onu bilsinlər ki, əgər belə bir vəziyyət bird aha yaşansa, bu dəfə Azərbaycan Bayrağı Ermənistanda dalğalanacaq və heç kim onlara yardım etməyəcək.
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov