Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
    • 8-01-2021, 17:54
    • 514

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

News24.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə verilən müddətli əlavənin müddəti martın 31-dək uzadılıb. 

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 31-dək nəzərdə tutulmuşdu.