Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var
    • 19-10-2018, 10:00
    • 930

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən üçü dünyasını dəyişib.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.

Zəhərlənənlərdən yeddisi xəstəxanaya yerləşdirilib. Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib.

Qeyd olunur ki, zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.