-
- 22-10-2018, 10:37
- 709
İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıblar
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisindəzəhərlənənlər xəstəxanadan buraxılıblar.
Bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.