Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək - AMEA
    • 12-01-2021, 14:47
    • 420

Qarabağ radioaktiv çirklənmələrdən təmizlənəcək - AMEA

Yanvarın 11-də saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib.

Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib. Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib. Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kiloqram 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.