95 yaşındakı qadını BELƏ ALDATDILAR... -  FOTO
    • 12-01-2021, 15:02
    • 433

95 yaşındakı qadını BELƏ ALDATDILAR... - FOTO

“Bələdiyyə yardımı gətirdik” deyərək, yaşlı qadına hücum edib əşyalarını oğurladılar. 

News24.az xarici KİV-ə istinadən bildirir ki, İstanbul Əsənyurdda iki nəfərin hədəfi 95 yaşındakı Fidan Qaya olub.

Əvvəl Qayanın evinin yanındakı market sahibi ilə iş birliyi edib, daha sonra marketdən aldıqları mallarla qadının evinə bələdiyyə adı ilə giriblər. Daha sonra qəsb edib, qolundakı üç qolbağı oğurlayıblar.

Qeyd edək ki, cinayətkarlar polis tərəfindən tapılıb.