-
- 13-01-2021, 12:32
- 538
Təcavüz edərək cinsi istismara MƏCBUR ETDİLƏR
Konyada Türkiyə vətəndaşı Mehmet Dəmirbaş və azərbaycanlı Ülvi Əkbərov kirayə götürdükləri evdə iki Özbəkistan vətəndaşına 4 gün təcavüz edib.
News24.az xarici KİV-ə istinadən bildirir ki, Mehmet Dəmirbaş, Özbəkistan vətəndaşları olan Umida Juraeva və Saidakon Matkarimovayla sosial mediada tanış olub, daha sonra isə telefonla danışıblar. Dəmirbaş və Əkbərov qadınları Konyaya dəvət ediblər. Qadınlar Konyaya gəldikdən sonra mənzilə yerləşdirilib.
İddiaya görə, Dəmirbaş və Əkbərov hər iki qadının pasportunu alaraq, onlara təcavüz edib. Sonra isə dostlarını dəvət edərək qadınları cinsi istismar ediblər.
Türkiyə hüquq mühafizə orqanlarının sözlərinə görə, Umida Juraeva və Saidakon Matkarimova 11 yanvar tarixində, gecə saatlarında polisə zəng edərək, hadisə barədə məlumat veriblər.
Ölkənin yerli hüquq mühafizə orqanları qadınları xilas edib.
Qeyd edək ki, həbs olunanlar günahlarını təkzib edib. Zərər çəkənlər isə deportasiya edilmək üzərə polisə təhvil verilib.