Tramp qaçmağa hazırlaşır?!
    • 14-01-2021, 16:20
    • 410

Tramp qaçmağa hazırlaşır?!

Seçkilərdə Co Baydenə məğlub olan Donald Trampın Şotlandiyaya gedəcəyi gözlənilir. 

News24.az İngiltərənin "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Trampın səfəri yanvarın 19-da səsvermə nəticəsində Amerikanın prezidenti seçilən Co Baydenin andiçmə mərasimindən bir gün əvvələ təsadüf edəcəyi deyilir. 

Bu xəbərin yayılma səbəbi isə Şotlandiyanın yerli mətbuatıdır.

Deyilənlərə görə, Ağ Evə məxsus "Boeing 757" tipli təyyarə yanvarın 19-da Törnberi qolf sahəsinin yaxınlığındakı Prestvik hava limanına gələcək.

Mütəxəssislər Boeing 757 tipli təyyarələrin ABŞ Prezidentinin “Air Force One” adlanan xüsusi təyyarəsindən daha kiçik və daha az nəzərə çarpdığını bildirir.

Məqalədə qeyd olunan təyyarənin Trampın həyat yoldaşı Melania Trump tərəfindən daha çox istifadə edildiyi də yer alıb. 

Qeyd edək ki, Ağ Ev və ya Şotlandiyadakı Prestwick hava limanı yayılan xəbərlə bağlı hələ fikir bildirməyib.