Koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
    • 15-01-2021, 11:02
    • 328

Koronavirus qurbanlarının sayı 2 milyonu ötdü

Pandemiyanın başlanğıcından bəri dünyada 2 002 642 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.

News24.az “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün 15 361 nəfər pandemiyanın qurbanı olub.

İndiyədək 93 545 150 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 66 845 955 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 24 696 553 milyonu ötüb.

Dünyada indiyədək ən çox yoluxma faktı yanvarın 8-də qeydə alınıb – 839 342 yoluxma. Ən çox ölüm halı yanvarın 13-də baş verib – 16 415 ölüm.

Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 783 pasiyentin vəziyyəti kritikdir.