İlham Əliyev "Güllələnmiş heykəlləri" ŞUŞAYA QAYTARDI - FOTOLAR
    • 15-01-2021, 12:06
    • 932

İlham Əliyev "Güllələnmiş heykəlləri" ŞUŞAYA QAYTARDI - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva Şuşa şəhərinə səfər ediblər. 

News24.az xəbər verir ki, Şuşa səfərindən çəkilmiş fotolardan məlum olur ki, mənfur ermənilərin Azərbaycanın qədim və tarixi torpağı olan Şuşanı işğal etdikləri zaman düşmən gülləsinə tuş gələn Üzeyir Hacıbəyli, Bülbül, Xürşudbanu Natəvanın heykəli öz doğma yurdlarına aparılıb. 

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.

Qeyd edək ki, güllələnmiş heykəllər işğaldan sonra Bakıya gətirilmişdi. 

Kadrları təqdim edirik.