Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
    • 15-01-2021, 14:56
    • 330

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək

Bakı-Sumqayıt qatarının hərəkəti iki günlük dayandırılacaq.

News24.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 16 və 17 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq.

Yanvarın 18-dən etibarən cari cədvəl üzrə hərəkət bərpa ediləcək.