Baş Prokurorluq insan alveri ilə əlaqədar videoçarx hazırladı - VİDEO
    • 18-01-2021, 11:41
    • 348

Baş Prokurorluq insan alveri ilə əlaqədar videoçarx hazırladı - VİDEO

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, insan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir.

Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən “Qaynar xətt”, dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.