Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə olan cədvəli açıqlanıb cədvəli
    • 18-01-2021, 16:13
    • 567

Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə olan cədvəli açıqlanıb cədvəli

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının 20 yanvar tarixinə olan hərəkət cədvəlini açıqlayıb.

News24.az-ın QSC-yə istinadən verdiyi məlumata görə, 20 yanvar qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

- Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar;

- Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar;

- Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar;

- Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar;

- Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar;

- Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar.