Federal Təhqiqat Bürosu: “ABŞ-da andiçmə zamanı hücum təşkil edilə bilər”
    • 18-01-2021, 17:58
    • 537

Federal Təhqiqat Bürosu: “ABŞ-da andiçmə zamanı hücum təşkil edilə bilər”

ABŞ-da Federal Təhqiqat Bürosu (FTB) Co Baydenin andiçmə mərasimində təhlükəsizlik işçiləri arasından kiminsə hücum edə biləcəyindən şübhələnərək böyük əməliyyata başlayıb.

News24.az xarici KİV-ə istinadən bildirir ki, prezident Donald Trampın tərəfdarlarının 6 yanvarda Konqresi işğal etməsindən sonra aparılan araşdırmalar nəticəsində bəzi fəalların Amerika ordusu ilə keçmişdə və ya hazırda əlaqəsi olduğu ortaya çıxıb.

Qeyd edək ki, FTB əvvəllər silahlı qrupların andiçmə mərasimində hərəkətə keçə biləcəyi barədə xəbərdarlıq etmişdi. 

Bildirilir ki, özlərini "Trampın Kovboyları" adlandıran Koy Qrifin də andiçmə mərasimi günü konstitusiyanın ikinci maddəsi ilə verilən hüquqa əsaslanaraq öz silahı ilə Vaşinqtonda olacağına dair açıqlamalar verib.