Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
    • 18-01-2021, 18:45
    • 446

Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib

2020-ci ildə həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.