-
- 19-01-2021, 23:02
- 956
“O gecə ölüb, yenidən dirildim” - 31 ilin QAN YADDAŞI ŞAHİDİN DİLİNDƏ - VİDEO - FOTOLAR
Hər il olduğu kimi bu il də qanlı tariximizi yad edirik. 20 Yanvar insanlıq tarixinin ən qara ləkəsidir. Bu ləkəni pozmaq heç vaxt mümkün olmayacaq. Çünki heç bir silginin gücünün çata bilməyəcəyi qədər dərinə nüfuz edib. 20 Yanvar haqqında söz düşəndə, demək olar ki, hər bir azərbaycanlının beynində qara və qorxulu gecə canlanır. O gecənin şahidləri əminəm ki, həmin qaranlığın aydınlığa qovuşacağına inanmırdı. Gecənin dili olsa, insanın bağrını çatladacaq qədər fəryad edərdi.
20 Yanvar hadisəsi genosid adlandırırlar. Ancaq zənnimcə, genosiddən də dəhşətli bir hadisə idi. Bu tarixi tək biz yox, bütün dünya yad etməlidir. Maskaların arxasındakı simalar üzə çıxmalıdır. Ört-basdır etməklə bu məsələni tarixə qovuşdurmaq, o gecəni unutmaq və yaxud da unutdurmaq mümkün deyil. Çarəsiz, günahsız, nəyin fərqində olduğunu anlamayan 20 Yanvar qurbanlarının ruhu buna icazə verməz. Bizim gücümüz sətirlər arxasından boylanıb, dünyaya həmin gecənin dəhşətini hayqırmaqdır. Ancaq dünya bu hayqırtını, fəryadı eşitmək istəyirmi? İstəmir...
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, tam 31 il əvvəl... Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtırları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu, birliyimizi qıra bilmədi..
“20 Yanvardan sonra ölüb, yenidən dirildim”.
Bu fikrin müəllifi dəhşətli gecənin şahidi Piriyev Samirdir.
O gecəni bir an belə unutmayan 20 Yanvar şahidi News24.az-a dəqiqələri qanla yazılan həmin günü danışır...
“Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus ordusunun Azərbaycanı işğal etmə planının qarşısını almaq üçün insanlarımızın hamısı küçələrə çıxmışdı. Həmin gün saat 8-də “Xəbərlər” proqramında televiziya vasitəsilə insanlara nə etmələri barədə məlumat verilməli idi. Ancaq bizə məlumat verildi ki, televiziya partladılıb, veriliş alınmadı. Yasamalda yaşayırdım. Taksiyə minib, “XI Qızıl Ordu meydanı”na (indiki 20 Yanvar metrosu) gəldim. İnsanlarımız bir yerə yığılmışdılar. Benzin gətirib butulkalara doldurmuşdular ki, tanklara atsınlar. Əvvəlcə dedilər ki, ordu 1-ci mikrorayon tərəfdən gəlir. Əhalinin bəzi hissəsi axışdı ora. Ancaq oradan heç kim gəlmirdi. Sonra 3-cü mikrorayon istiqamətindən qoşunların gələcəyini dedilər. Oraya da getdikdən sonra gördük ki, heç kim yoxdu. Keçmiş XI Qızıl Ordunun abidəsinin ətrafında tankların qarşısını almaq üçün təkərlər yandırdıq. 10-15 dəqiqə sonra yanan güllələr atmağa başladılar.
Biz gözləmədiyimiz anda 3-cü mikrorayon tərəfdən hərəkətə keçən tanklar hədəf almadan güllələr atmağa başladılar. O anda yanımda bir cavan oğlan yaralandı. Maykasını kəsib, yarasını sarıdım. Təcili yardımı çağırdıq. Onu xəstəxanaya apardılar. Həmin tank vahiməyə düşdü. Çünki insanlar benzinli butulkalar atırdılar. Saat 1-ə 10 dəqiqə işləyən ərəfədə tanklar, BTR-lər və BMP-lər görünməyə başladı. Biz isə yolun bir tərəfini trolleybusla bağlamışdıq (Söhbət 20 Yanvar metrosunun ətrafından gedir). İkinci trolleybusu yolu bağlamaq üçün itələdik. Mən o səhnəni yalnız kinolarda görmüşəm. Tanklar maşınları necə vurub dağıdırdılarsa, trolleybusları da ortasından elə keçdilər. Əlimdə butulka var idi. Yandırıb, BMP-nin üzərinə atdım. BMP-nin içindən atəş açmağa başladılar. BMP və mənim aramda 5 metr məsafə var idi. O anda diz nahiyəmdən güllə yarası aldım. Güllə yarası olduğunu bilmədim. Onu bildim ki, ayağıma daş kimi nəsə dəydi. Özümdən asılı olmadan yerə yıxıldım. Qalxmağa çalışdım, ancaq gördüm ki, alınmır, yeriyə bilmirəm. Sürünə-sürünə ağacların içərisinə tərəf getdim. Orada səkilər var idi. Səkinin üstündə güllələr dağılırdı. Mənə dəyməsin deyə səkinin arxasına keçdim. Daha sonra xeyli süründükdən sonra bir yaşlı kişi səsimi eşidib, dedi narahat olma. Məni xilas edəcəyini qeyd etdi. Çiynindən sallandım, xəstəxanaya doğru getdik. Xəstəxananın həyətində də insanlar toplaşmışdı. Orada təxminən yarım saat məni əməliyyat etdilər. Yaramdan çox qan axırdı. Dayandırmaq mümkün deyildi. Hətta başımın üzərində tibb bacısı ağlayırdı ki, “həkim ölür, tez kömək elə”. Ayağımdan güllənin çıxarıldığı an işıqlar söndü. Tək mən deyildim. Çox sayda xəstə var idi. Həkimlər vahiməyə düşdü. Yer olmadığından bəzi xəstələr ayağa qalxırdı ki, bizim yerimizə uzadın. İnsanlarımız çox qayğıkeş münasibət göstərirdi. Həmin gecə ayağımdan güllənin birini çıxardılar. Nə qədər iynə vurulsa da, gecəni səhərə kimi yata bilmədim. Səhər isə yenidən əməliyyat oldum. Ayağımdan ət sallanırdı. Onu kəsib götürdülər. Güllənin qəlpələrini çıxardılar. Bir qəlpə isə sümüyümün içərisində qaldı. Sinir əzələsinə yaxın olduğuna görə ona dəymədilər”.
"Maşınların və insanların üzərindən tankları sürürdülər"
O bildirib ki, 20 Yanvar hadisəsi rusun vəhşiliyi kimi yaddaşda qaldı: “Onlar düşünmürdü ki, bu insan körpədir, yaşlıdır, qadındır, hər kəsi güllə-boran edirdilər. Maşınların və insanların üzərindən tankları sürürdülər. Ordu görsənmirdi, çünki hamısı zirehli tanklar idi. Milləti qırdıqdan sonra üzü keçmiş Salyanski kazarmaya doğru (Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi) gedib, qapını açmadan hasarı dağıtdılar. Çünki qapıda insanlar yığılmışdı. Trolleybusun içərisində qadınlar var idi. Bir yaşlı qadına yaxınlaşıb dedim ki, xala, siz evə gedin. Çünki hamını qıracaqlar. O isə cavabında belə dedi: “Oğul, sizə nə olacaqsa, bizə də ondan olacaq. Biz sizdən artıq deyilik”.
Bu qətliamı icra edənlər ruslardan və ermənilərdən ibarət bölüklər idi. Onlar səhər saat 6-a qədər insanları öldürdükdən sonra çıxıb getdilər. Saat 6-dan sonra isə sovet ordusunu Bakıya yeritdilər. Bununla da istədilər ki, insanlarımızı sındırsınlar. Ancaq bu millət sınmadı. 40 gün yas saxlanıldı. Şəhidlər Xiyabanında dəfn edilməsinə imkan verməmək üçün ordu yeritdilər. Ancaq mümkün olmadı. Bu, bizim birliyimizdən irəli gəlirdi”.
Samir Piriyev 20 yanvar hadisəsindən sonra bəzi xəstəliklərə düçar olduğunu qeyd edib: “Gecələr özümdən asılı olmadan qışqırıram. Sutka ərzində 3-4 saat yuxu yatıram. Xərçəng xəstəsiyəm. Ayağımda sinir əzələsinə yaxın yerdə qəlpə var. Onu çıxarmaq mümkün deyil. Əzablarını çəkirəm. xərçəng xəstəliyinə yoluxduğuma görə, ağciyərim 75%-ə düşdü. Çünki mən 20 Yanvardan sonra ölüb, yenidən dirildim...”
Məhərrəm Əliyev
VİDEO:
Fərid Şabanov
Hüseyn Həsənov