"Bağçalar sabah da açıla bilər" - AÇIQLAMA
    • 21-01-2021, 12:33
    • 710

"Bağçalar sabah da açıla bilər" - AÇIQLAMA

Sosial şəbəkələrdə və əhali arasında yayılan məlumatlara görə, fevral ayının əvvəlindən etibarən bağçalar yenidən fəaliyyətə başlayacaq. 

Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Mətbuat Xidməti News24.az-ın sorğusunu belə cavablayıb:

“Hər kəs özünə necə sərf edir, elə də məlumat yayır. Bağçalar sabah da açıla bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah bağçalarla bağlı qərarı nə vaxt qəbul etsə, o zaman da açılacaq. Biz icraçı qurumuq və qərar gözləyirik”. 

Məhərrəm Əliyev