-
- 21-01-2021, 14:24
- 745
Qarabağa səfər etməyimizə AZ QALDI - Avtobus reysləri açılır – RƏSMİ
İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri də açılacaq.
News24.az bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: "İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin".
Nuridə Allahyarova saytımıza açıqlamasında bildirib ki, avtobus xətlərinin fəaliyyətə başlayacağı konkret tarix yoxdur: “Çünki oradakı yol infrastrukturu buna icazə vermir. Minalanmış yerlər var. Nə zaman yol infratsrukturu buna icazə versə, ərazi minalardan təmizlənsə, o zaman da məskunlaşma olacaq. Məskunlaşma prosesi olduğu təqdirdə avtobus xətləri fəaliyyətə başlayacaq. Sərnişinlərin sayı ilə bağlı isə hansısa limit olmayacaq”.
Məhərrəm Əliyev