-
- 21-01-2021, 18:34
- 1 121
"Ata, mən gəldim, oğlun Hüseyn..." - ŞƏHİD OĞLU DÜNYAYA GÖZ AÇDI - VİDEO - FOTOLAR
"Ata, mən gəldim, oğlun Hüseyn..."
Bu gün II Qarabağ müharibəsində öz canından, qanından keçən, qəhrəmancasına şəhid olan Vüsal Məmmədovun ailəsində həm xoş, həm də bir o qədər təsirli gün yaşanır. Şəhidimiz Vüsalın üzünü belə görə bilmədiyi, amma hər zaman xəyalını qurduğu yeganə övladı, Hüseyni dünyaya göz açdı. Qəhrəman atasının yeganə yadigarı...
Vüsal Məmmədov Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı kəşfiyyatçısı (miçman) olub. O, hələ sağikən övladının cinsiyyətini biləndə oğluna Hüseyn adını qoyacağını deyirdi. Və elə də oldu. Şəhidimizin arzusu həyata keçdi. Cəmi 7 ay ailəli olan şəhidimiz bu günü çox təəssüf ki, görə bilmədi. Amma əminliklə onu deyə bilərik ki, Hüseyn artıq tək Məmmədovlar ailəsinin yox, bütün Azərbaycanın oğluna çevrildi.
Balaca körpəmizin gəlişi xəstəxanada böyük izdihamla qarşılandı. Şarlar, oyuncaqlar, ailə üzvləri, kameralar...
Körpəsini qucağına alan şəhidimizin həyat yoldaşı Zemfira Məmmədova göz yaşlarını saxlaya bilmədi: "Bu dünyanın ən gözəl hissidir, amma atası da olsaydı çox daha gözəl olardı. (ağlayır) Övladımı qucağıma alanda elə bildim ki, ölüb yenidən dirilmişəm. Hüseynim mənə nəfəs verdi. Sanki Vüsal yanıma gəlib, qayıtdı".
Hüseyn balamız Hərbi Orkəstin müşayəti ilə Azərbaycanın Dövlət Himninin sədası altında evinə yola salındı.
Qeyd edək ki, Vüsal Məmmədov iyun ayının üçü 1990-ci ildə Füzuli rayonu Musabəyli kəndində anadan olub. 2-ci Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib və oktyabrın 12-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi şücayətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Qarabağ ordeni", "Vətən uğrunda" və "Cəbrayılın azad"olunmasına görə medalları ilə təltif edilib.
News24.az olaraq şəhidimizin əmanətinin ilk addımlarından videoreportaj hazırladıq:
Sevda Bayramova
VİDEO - Fərid Şabanov
FOTO - Ülvi İsmayıl