Vətəndaşlara peyvənd nə vaxt vurulacaq? - AÇIQLAMA
    • 21-01-2021, 19:01
    • 546

Vətəndaşlara peyvənd nə vaxt vurulacaq? - AÇIQLAMA

18 yanvardan etibarən ölkəmizdə COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Azərbaycan 2 milyon insan üçün 4 milyon doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb. Vaksin bir insana iki dozada vurulacaq. Dozalararası müddət 21 gün müəyyənləşdirilib. İlkin mərhələdə yalnız dövlət xəstəxanalarında vaksinasiya aparılır. 

Vətəndaşlara peyvəndləmə prosesinin nə vaxt başlanacağı ilə bağlı TƏBİB-ə sorğu yönəltdik. 

TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış News24.az-a açıqlamasında bildirib ki, bu məsələ bağlı rəsmi qərar yoxdur: “Yeni qərar olacağı təqdirdə pərakəndə yox, rəsmi açıqlama veriləcək”.